Dövlət Duması Yeni il tətillərinin üç günə endirilməsini təklif edib
İstirahət günləri bərabər bölünməli, yeni il tətilləri azaldılmalıdır ki, insanların üç aktiv günü olsun.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir təkliflə Dövlət Dumasının deputatı Maksim İvanov çıxış edib.
Onun fikrincə, həftə sonunu rasional şəkildə bölüşdürmək lazımdır ki, insanlar həftələrlə dincəlməsin, nə edəcəyini anlamasınlar, üç günlük aktiv istirahət etsinlər.
Eyni zamanda, o vurğulayıb ki, insanlar səpinlə məşğul olduqları üçün may bayramlarını qısaltmaq lazım deyil.
Xatırladaq ki, bu il ruslar yanvarın 1-dən 8-dək (8 gün) Yeni il tətili keçirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB