“Vaşinqton və Seul birgə nüvə təlimlərini müzakirə etmǝyib”

“Vaşinqton və Seul birgə nüvə təlimlərini müzakirə etmǝyib”

ABŞ Prezidenti Cozef Bayden ölkəsinin Cənubi Koreya ilə birgə nüvə təlimləri ilə bağlı müzakirələr aparmadığını deyib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ağ evin mətbuat xidməti bildirib.

“Xeyr”, – deyə Bayden bir jurnalistin ABŞ və Seulun hazırda şimali koreyanın təhdidlərinə qarşı birgə nüvə təlimlərini müzakirə edib-etməməsi ilə bağlı sualına cavab verib.

Qeyd edək ki, daha öncə Cənubi Koreya Prezidenti Yun Sok Yol Vaşinqton və Seulun “genişlənmiş çəkindirmə”ni gücləndirmək məqsədilə nüvə silahından

istifadə etməklə birgə təlimlərin keçirilməsini müzakirə etdiklərini bildirmişdi.

“İndi effektiv uzadılmış çəkindirmə üçün biz ABŞ ilə nüvə potensialına malik birgə planlaşdırma və birgə təlimlər konsepsiyası haqqında danışıqlar aparırıq və ABŞ buna müsbət yanaşır”, – dövlət başçısı “Çoson ilbo” nəşrinə müsahibəsində deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə