Avropa İttifaqı, pandemiya ilə bağlı ciddi ümummilli məhdudiyyətləri aradan qaldırmaq qərarından sonra Pekinə kütləvi epidemiyanın qarşısını almağa kömək etmək üçün Çinə pulsuz COVID-19 peyvəndi təklif edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
Qeyd edək ki, bu təşəbbüs Avropa İttifaqının səhiyyə nazirlərinin yanvarın 3-də keçiriləcək görüşündən bir neçə gün əvvəl təklif edilib. Avropa İttifaqının səhiyyə komissiyasının rəhbəri Stella Kiriakides, Çinin “sıfır dözümlülük” siyasətindən əl çəkməsindən sonra yeni koronavirus infeksiyası dalğası perspektivinə “Avropa reaksiyası” hazırlamaq istəyir.
Avropa İttifaqı Üzv Dövlətləri istehsalçılarla uzunmüddətli müqavilələrdən gələn böyük sifarişlər səbəbindən artıq peyvənd ehtiyatlarına malikdir. Qəzet qeyd edir ki, Pekin bu təklifə hələ cavab verməyib.
Onu da qeyd edək ki, Çində peyvənd kampaniyası zamanı Sinovac və Sinopharm öz peyvəndlərindən istifadə edib və xaricdə istehsal olunan RNT preparatlarından istifadə etməyiblər.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 21 dekabr 2022-ci ildə Çində mövcud peyvənd əhatəsinin yetərli olmadığını bildirib. Ümumdünya Səhiyyə Təşkilatına görə, yerli peyvəndlər ağır xəstəliyin qarşısını almaq üçün üç doza tələb edir və 80 yaşdan yuxarı çinlilərin yalnız 40 faizi onları qəbul edib. Eyni zamanda, Avropa İttifaqında böyüklərin 83 faizi tam peyvənd olunub.
Çində COVID-19 infeksiyası dalğası səbəbindən bir sıra ölkələr, o cümlədən İtaliya, ABŞ, Yaponiya, Hindistan və Malayziya da daxil olmaqla, keçən həftə Çindən gələn ziyarətçilər üçün məcburi testi təsdiqləyib. Fransa və İspaniya virusun hələ naməlum yeni variantlarının yayılmasından qorxduqları üçün nəzarət tətbiq edəcəklərini artıq bildiriblər.
Almaniya infeksiyanın partlayıcı yayılmasının və bu baxımdan virusun qaçılmaz mutasiyasının qarşısını almaq üçün Çindən Avropa İttifaqına daxil olanların hamısını məcburi pan-Avropa sürətli sınaqdan keçirməyə çağırır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB