Türkiyənin xalça ixracında rekord artım qeydə alınıb

Türkiyənin xalça ixracında rekord artım qeydə alınıb

Türkiyə xalça ixracatçıları 2022-ci ildə xalça ixracatından 2 milyard 754 milyon 757 min dollar gəlir əldə ediblər. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə İxracatçılar Məclisinin (TİM) Xalça Sektoru Şurasının sədri Səlahəddin Kaplan açıqlamasında türk xalça istehsalçılarının dekabr ayında 260 milyon 918 min dollarlıq ixracat reallaşdırdıqlarını bildirib.

Türkiyənin keçən il 2 milyard 754 milyon 757 min dollarlıq xalça ixrac etdiyinə diqqət çəkən Kaplan, bu il prioritetlərinin məhsul çeşidini genişləndirərkən bazar müxtəlifliyini artırmaq olduğunu sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə