Dardanel boğazında bu gündən etibarən qatı duman səbəbi ilə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Dardanel boğazının Naviqasiyaya Nəzarət Departamenti məlumat yayıb.
Əlavə olunub ki, İstanbulda və Mərmərə dənizində 3-cü gündür ki, güclü duman müşahidə olunur.
Meteoroloqların verdiyi məlumata görə, yanvarın 6-dək İstanbul bölgəsində hava şəraiti yaxşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB