Burkina-Fasoda 28 nəfərin cəsədi tapılıb

Burkina-Fasoda 28 nəfərin cəsədi tapılıb

Burkina-Fasonun şimal-qərbindəki Nuna şəhərində atəş nəticəsində həlak olan 28 nəfərin cəsədi tapılıb.
SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, cəsədlər dekabrın 30-da və 31-də aşkarlanıb. Ölkə Prokurorluğunun məlumatına görə, qətllə bağlı istintaq başlayıb.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə