Yanvarın 3-də Filippin sahillərində 5,2 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 67 min nəfərin yaşadığı Bisliq qəsəbəsindən 72 kilometr şimal-şərqdə, mənbəyi 35 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB