İranın Ali Məhkəməsi daha bir etirazçıya ölüm hökmü çıxarıb. SİA-nın xarici KİV-ə istinadən məlumatına görə, Məhəmməd Boruqani edama məhkum edilib.
Hökmdə bildirilir ki, o, təhlükəsizlik qüvvələrinin əməkdaşlarından birinə soyuq silahla qəsdən xəsarət yetirib.
Təqsirləndirilən şəxs həmçinin Teher əyalətinin cənub-şərqində yerləşən Pekdaşt şəhərinin prefekturasının binasını yandırıb.
“Məhəmməd Boruqani öz hərəkətləri ilə vətəndaşlar üçün qorxu və etibarsızlıq mühiti yaradıb”, - məhkəmədən bildirilib.
Xatırladaq ki, İranda etirazlar sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB