Ərdoğan: "Türkiyə 20 ildə çoxəsrlik nailiyyətlər əldə edib"

Ərdoğan: "Türkiyə 20 ildə çoxəsrlik nailiyyətlər əldə edib"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin pilotsuz hərbi təyyarəsi “Kızılelma” kimi inkişaflarla yadda qalacaq yeni nailiyyətlər dövrünə qədəm qoyduğunu bildirib.

Dövlət başçısı Türkiyə hakimiyyətinin hazırkı kursunun ölkə qarşısında qoyulan bütün məqsədlərə nail olacağına əminliyini ifadə edib.

“2023-cü ildə iki min illik dövlətçilik ənənələrinə, zəngin mədəni irsə və türklərin Anadolu torpaqlarında yaşadıqları 1000 illik dövrə əsaslanan Türkiyə Cümhuriyyətinin 100 illiyi geniş şəkildə qeyd olunacaq. Əminəm ki, bu il ölkəmiz üçün yeni bir əsrin uğurunun başlanğıc nöqtəsi olacaq”.

SİA-nın əldə etdiyi məlumata görə, Ərdoğanın dediklərinə rus saytları yer ayırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə