Çin Ayın ən zəngin resurs sahələrini əldə etməyə və ABŞ-ı onlardan uzaq tutmağa çalışa bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu cür narahatlıqları Amerikanın NASA kosmik agentliyinin direktoru Bill Nelson “Politico” jurnalına müsahibəsində bildirib.
“Bizim kosmos yarışında olduğumuz bir həqiqətdir”-deyən Nelson, “Elmi araşdırma adı altında Ayda süjetlər hazırlamamaları üçün diqqətli olmalıyıq”-deyə əlavə edib.
Nelson Pekinin o zaman “uzaq durun, biz buradayıq, bu bizim ərazimizdir” deyə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, 2030-cu illərdə Pekin Aya ilk insan uçuşları təşkil etməyi planlaşdırır. Çin çox güman ki, dünyada ABŞ-dan sonra peykə insan çatdıra bilən ikinci ölkə olacaq.
Son illərdə Çin tarixdə ilk dəfə olaraq Ayın uzaq tərəfi də daxil olmaqla Ay səthindən nümunələri toplamaq üçün bir neçə ay roverini işə salıb.
Pentaqonun məlumatına görə, Çinin planlarına təkcə Yerin peykinə taykonavtların göndərilməsi deyil, həm də orada rabitə relesinin quraşdırılması daxildir. ABŞ qorxur ki, Çin Ayda öz infrastrukturunu yaratmaqla gələcək Qərb kosmik proqramları üçün kommunikasiyaları bloklaya bilər. Amma Çin bu cür ittihamları rədd edib.
Belə ki, Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu, “Çin kosmosdan dinc istifadənin tərəfdarıdır və orada silahlanma yarışına qarşıdır”-deyə bildirib.
Xatırladaq ki, ABŞ 2025-ci ilin sonuna kimi Aya astronavt endirməyi planlaşdırır. Ay missiyasının bir hissəsi olaraq NASA 2024-cü ildə Ayın orbitinə ekipaj göndərmək niyyətindədir və 2022-ci ilin dekabrında astronavtsız yeni kosmik gəmi Ay ətrafında dövrə vuracaq.
Onu da qeyd edək ki, Ayın iddialı proqramı daha əvvəl Rusiya tərəfindən də açıqlanmışdı. Belə ki, “Roskosmos”un keçmiş prezidenti Dmitri Roqozin 2024-cü ilə qədər peyk ətrafında insanlı uçuş, 2030-cu ilə qədər isə ilk kosmonavtların ona enəcəyini vəd edib. Daha sonra “Roskosmos”un planlarında eniş tarixi bir il, uçuş isə birdən dörd il dəyişdirildi, lakin ekspertlər bu tarixləri qeyri-real hesab edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB