Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində pitbul iti də qaytarılıb

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində pitbul iti də qaytarılıb

Rusiya ilə Ukrayna arasında dekabrın 31-də reallaşan əsir mübadiləsində Ukraynanın Mariupol şəhərindəki Azovstal zavodundan Rusiya əsgərləri tərəfindən götürülən pitbul iti də Ukrayna tərəfinə qaytarılıb.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak özünün "Telegram" hesabında dekabrın 31-də Rusiya tərəfi ilə əsir mübadiləsi çərçivəsində "məşhur" pitbul itinin Ukraynaya qaytarıldığını bildirib.

İtin fotosunu paylaşan Yermak "Azovstalın məşhur itini də geri gətiririk" deyib.

SİA-nın əldə etdiyi məlumata görə, müharibənin ilkin mərhələsində Rusiya əsgərləri tərəfindən Azovstaldan götürülən it Rusiya Çeçenistan Respublikasının prezidenti Ramazan Kadırova təhvil verilib.

Əsir mübadiləsi çərçivəsində 140 Ukrayna və 82 Rusiya əsgəri azad edilib.

Digər tərəfdən, Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi Rusiya ilə əsir mübadiləsi sayəsində 2022-ci ildə 1596 ukraynalının azad edildiyini açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada "2022-ci ildə 1596 nəfər düşmən əsirliyindən geri qaytarılıb. 1464 əsgər və 132 mülki vətəndaş Rusiya əsarətindən azad edilib" deyilib.

Açıqlamada əsirlikdən azad edilmiş şəxslərə dövlət tərəfindən sosial və sağlamlıq dəstəyinin göstərildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə