Rusiyada Almaniyanın Linde şirkətinin 35 milyard rubl məbləğində aktivlərinə həbs qoyulub.
Müvafiq kart Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsinin məlumat bazasında tapılıb. Almaniyanın Linde GmbH və onun ana şirkəti Linde PLC-nin Rusiyadakı aktivlərinə həbs qoyulduğu bildirilir. “Qazprom” və “RusQazDobyça”nın birgə müəssisəsi olan “RusKhimAlliance” şirkətinin məhkəməyə müraciətindən sonra aktivlərə həbs qoyulub. Şirkətdən “Linde”nin qaz emalı zavodunun tikintisi ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi bildirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, həbs edilmiş aktivlərin təxmini dəyəri - təxminən 35 milyard rubl - Linde-nin iddia etdiyi itkilərdən iki dəfə azdır. “RusXimAlliance”nin iddiasının qiyməti 946 milyon avrodan çox işlənməmiş avans ödənişi və 25,8 milyon avro zərər təşkil edib.
Həmçinin müqavilənin şərtlərinə əsasən, “RusKhimAlliance” Lindeyə qarşı iddia ilə Honq Konq Beynəlxalq Arbitraj Mərkəzinə müraciət edəcək. Mübahisəyə baxılma yeri İsveçin Stokholm şəhəridir.
Qeyd edək ki, 2022-ci ilin iyununda Linde “Qazprom”a o, Ust-Luqada təbii qazın emalı və mayeləşdirilməsi üçün Baltik LNG zavodunun layihələndirilməsi, eləcə də tikintisi üzərində işləməkdən imtina etdiyini bildirib.
Martın sonunda isə alman şirkəti Rusiyada yeni layihələrin inkişafının dayandırıldığını elan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB