Ərdoğanın Rusiya və ABŞ-dan tələbi

Ərdoğanın Rusiya və ABŞ-dan tələbi

Türkiyə, ABŞ və Rusiyanı Suriya ilə bağlı 2019-cu il müqavilələrində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyə və “terrorun sərhədlərini təmizləməyə” çağırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalının sözlərinə görə, bunu respublikanın lideri Rəcəb Tayyib Ərdoğan tələb edir.

“Milli təhlükəsizliyimizi təhdid edən terror ünsürlərinə qarşı mübarizəmiz, ölkəmiz və sərhəd bölgəsi tamamilə təhlükəsiz olana qədər qətiyyətlə davam edəcək”.

Qeyd edək ki, Kalın bunu ölkə prezidentinin dediklərindən sitat kimi gətirib.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında Moskva və Ankara anlaşma memorandumu imzalayıblar, buna əsasən Rusiya hərbi polisi və Suriya sərhəd xidmətinin bölmələri Türkiyənin “Sülh mənbəyi” əməliyyatı zonasından kənarda Türkiyə ilə sərhədin Suriya tərəfinə gətirilib. Bundan sonra Rusiya-Türkiyə birgə patrulları başlayıb.

Elə həmin il Vaşinqton və Ankara Mənbicdə patrul xidməti üçün yol xəritəsi qəbul ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə