2023-cü ilin ilk turistik kruiz gəmisi Kuşadasına yanaşdı

2023-cü ilin ilk turistik kruiz gəmisi Kuşadasına yanaşdı

2023-cü ilin ilk turistik kruiz gəmisi kruiz turizminin əhəmiyyətli mərkəzlərindən biri olan Türkiyənin Aydın rayonunun Kuşadası qəsəbəsinə yanaşıb.

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

1 yanvar səhəri Ege Port Kuşadasına yanaşan Norveç bayraqlı 228 metr uzunluğundakı "Viking Sky" kruiz gəmisindən əksəriyyəti Britaniya və Amerika vətəndaşı olan 841 sərnişin enib. Turistlərin çoxu avtobuslarla qədim Efes antik şəhərinə, Məryəm Ana Evinə və xarabalıqlara gedib. Bəzi sərnişinlər isə alış-veriş üçün dükan-bazarlara üz tutub.

Ege Port Kuşadası limanının baş direktoru Əziz Güngör 2022-ci ilin son gəmisi olaraq dekabrın 31-də Norveç bayraqlı “Viking Venus”u qəbul etdiklərini söyləyərək 2023-cü ildə Türkiyəyə gələn kruiz gəmilərinin sayının artacağını gözlədiklərini bildirib: “2023-cü ildə sərnişin sayının 1 milyonu keçəcəyi gözlənilir. Bu, Kuşadası tarixində indiyədək ən yüksək sərnişin sayı olacaq."

Bütün xəbərlər Facebook səhifəmizdə