Çərşənbə axşamı, yanvarın 2-də “Qazprom”un rəhbəri Aleksey Miller şirkətin ötən ildəki işinin nəticələri barədə danışıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2022-ci ildə MDB-dən kənar ölkələrə demək olar ki, yarısı qədər qaz ixrac edilib.
Millerin sözlərinə görə, il ərzində “Qazprom” 412,6 milyard kubmetr qaz hasil edib ki, bunun da 100,9 milyard kubmetri MDB-dən kənar ölkələrə verilib. Millerin 2022-ci il və əvvəlki illərdəki məlumatlarına əsasən, istehsalın azalması demək olar ki, 20 faiz, uzaq istiqamətlərə ixrac isə 45,5 faiz azalıb.
Eyni zamanda, illik hesabatda qeyd olunan qeyri-MDB ölkələrində qaz satışına dair məlumatlara əsasən, azalma təxminən 60 faiz təşkil edib.
Qeyd edək ki, Miller dekabrın 28-də şirkətin Çinə gündəlik qaz tədarükü üzrə yeni rekorda imza atdığını bildirib. Sonra “Qazprom” rəhbəri vurğuladı ki, rəhbərlik Çinə gündəlik müqavilə öhdəliklərini artıqlaması ilə çatdırmaq qərarına gəlib.
Yeri gəlmişkən, “Qazprom” rəhbəri, 2022-ci ilin “çox çətin” olduğunu və enerji bazarlarında tam dəyişikliklər baş verdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB