Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG üzvü 10 terrorçu zərərsizləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyinin (MSB) “Twitter” səhifəsində məlumat verilib.
“Suriyanın şimalında hücuma cəhd edən terrorçuları xəndəklərdə basdırmağa davam edirik. Fərat Qalxanı və Zeytun Budağı əməliyyatları ilə terrorçulardan təmizlənən ərazilərə ağır silahlarla atəş edən PKK/YPG üzvü 10 terrorçu qəhrəman Türk komandolarının uğurlu müdaxiləsi nəticəsində zərərsizləşdirilib, - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB