Ruslar “Vaqner PMC”-nin 6 üzvünü axtarır

Ruslar “Vaqner PMC”-nin 6 üzvünü axtarır

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın ilhaq edilmiş Luqansk vilayətində təlim düşərgəsindən qaçan “Vaqner PMC”-nin 6 üzvünü axtarışa verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təlim mərkəzinə gəlməmişdən əvvəl onlar Rusiyada həbsdə olublar.

Verilən məlumata görə, məhkumlar dekabrın 21-22-də qaçıblar, onların arasında Qırğızıstan və Belarus vətəndaşları, üç Özbəkistan və bir Rusiya vətəndaşı da var.

Onların silahlı olduğu da bildirilir.

Maraqlıdır ki, Rusiya Daxili İşlər Nazirliyi mətbuat üçün məlumatı şərh etməyib. “Vaqner PMC”-nin rəhbəri Yevgeni Priqojin də medianın sorğusuna mənalı cavab verməyib.

Onun sözlərinə görə, Ukraynanın ilhaq edilmiş şəhərlərində və Rusiyada çoxlu əclaf saxlanılır, Milli Qvardiya, polis və PMC-lərin təhlükəsizlik xidməti müxtəlif növ silahlı insanları tutmaqla məşğuldur.

Xatırladaq ki, Rusiya koloniyalarındakı məhbusları Ukraynadakı müharibədə iştirak etmək üçün kütləvi şəkildə “Vaqner PMC”-lərinə cəlb edirlər.

Deyilənlərə görə, döyüşlərdə iştirak etdikdən sonra onlara “önımli” ödənişlər və əfvlər vəd edilir.

Bu arada ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi, Vaşinqtonun hesablamalarına görə, PMC-lərdə 40 minə qədər rusiyalı məhbusun xidmət etdiyini bildirib.

Bir çox hallarda söhbət zorakılıq, o cümlədən banditizm və qətl törətməkdə günahlandırılan insanlardan gedir. Bu insanlar odlu silah və hərbi texnika əldə edir. O da maraqlıdır ki, bu, guya Rusiya qanunlarında nəzərdə tutulmayıb.

Sonda qeyd edək ki, dekabrda Rostov vilayətinin Novoşaxtinsk şəhərində “Vaqner”də xidmət edən məhbus Rusiya sərhədini keçərək polisə atəş açdıqdan sonra saxlanılıb. O, azdığını və Rusiya polisini Ukrayna hərbçiləri ilə səhv saldığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə