Ukraynadan Elvira Nabiullinaya qarşı ittiham irəli sürülüb

Ukraynadan Elvira Nabiullinaya qarşı ittiham irəli sürülüb

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Bankının rəhbəri Elvira Nabiullinaya qarşı ittiham irəli sürüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi idarənin mətbuat xidməti məlumat yayıb.

“İstintaq və əməliyyat tədbirləri nəticəsində Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın işğalçı ölkənin hərbi qruplaşmalarının maliyyələşdirilməsində iştirakına dair sübutlar toplayıb.

Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidməti, Rusiya Mərkəzi Bankının rəhbərini Rusiyanın yerli administrasiyalarına qrivnanın dövriyyəsini əngəlləməkdə kömək etdiyini bildirib.

Qeyd edək ki, Nabiullina Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsi ilə təqsirli bilinir.

Maraqlıdır ki, Ukrayna Təhlükəsizlik Xidməti fiqarantın beynəlxalq axtarışa verilməsi məsələsinin həll olunduğunu bildirib.

Yeri gəlmişkən, rus saytları bunu Ukrayna hakimiyyətinin ilk prosesi olmadığını bildiriblər. Belə ki, 2019-cu ildə Kiyev məhkəməsi Dövlət Dumasının deputatı Svetlana Savçenkonu Krımın Rusiyaya birləşdirilməsində dövlətə xəyanətdə ittiham edərək qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.

2022-ci il dekabrın 23-də Ukrayna məhkəməsi Dövlət Dumasının deputatı Denis Maydanova qarşı Ukraynanın ərazi bütövlüyünə sui-qəsd ittihamı ilə qiyabi hökm çıxarıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə