Ərdoğan 2022-ci ilin ixrac rəqəmlərini açıqlayıb

Ərdoğan 2022-ci ilin ixrac rəqəmlərini açıqlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Türkiyənin ixracının əvvəlki il ilə müqayisədə 12,9 faiz artaraq 254,2 milyard dollara çatdığını bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ərdoğan İstanbulda 2022-ci ilin xarici ticarət rəqəmlərini açıqlayıb.

Ötən il ixracatda Türkiyə Cümhuriyyəti tarixində rekord qırıldığını vurğulayan Ərdoğan deyib:

“Qlobal çətinliklərə baxmayaraq, 2022-ci ildə ixracımız əvvəlki illə müqayisədə 12,9 faiz artaraq 254,2 milyard dollar təşkil edib”.

Məqsədlərinin Türkiyənin ən çox ixrac reallaşdıran ilk 10 ölkə arasında yer almasını təmin etmək olduğunu vurğulayan Ərdoğan onu da deyib ki, milli valyutamızla ixrac etdiyimiz ölkə və regionların sayı 197-yə çatıb.

"Mal və xidmət ixracatında yazdığımız bu uğur hekayəsi ilə 350 milyard dollara çatan böyük bir ixrac iqtisadiyyatı yaratdıq", -deyə dövlət başçısı əlavə edib.

2022-ci ilin ilk 3 rübündə 6,2 faiz artım əldə edildiyini ifadə edən prezident Ərdoğan 2023-cü il üçün səhiyyə xidmətləri ixracını 5 milyard dollar olaraq hədəflədiklərini dilə gətirib.

Televiziya serialları ixracında Türkiyənin Amerika Birləşmiş Ştatlarından (ABŞ) sonra ikinci yerdə olduğunu vurğulayan prezident deyib:

“Cari il 1,5 milyard dolları keçən serial və film ixracımızla bütün dünyada 1,5 milyard tamaşaçıya çatmağı hədəfləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə