Pirotexniki vasitələrdən aktiv istifadə ekoloji fəlakətə səbəb olub

Pirotexniki vasitələrdən aktiv istifadə ekoloji fəlakətə səbəb olub

Meksikanın paytaxtı Mexiko şəhərinin ətraf bölgələrin havanın kəskin çirklənməsi ilə əlaqədar ekoloji xəbərdarlıq elan edilib. SİA xəbər verir ki, bu barədə Mexiko şəhərinin Ətraf Mühit Komissiyasının yaydığı bəyanatda bildirilir.

Qeyd olunub ki, diametri 2,5 mikrometrdən az olan asılı hissəciklərin icazə verilən maksimal konsentrasiyasını aşmasına Yeni il ərəfəsində pirotexniki vasitələrdən aktiv istifadə səbəb olub.

Söhbət paytaxtın İstapalapa, Milpa-Alta, Soçimilko və Tlauak rayonlarından, həmçinin ümumilikdə bir neçə milyon insanın yaşadığı Mexiko ştatının 13 regionundan gedir.

Hava təmiz olana qədər bu ərazilərdə avtonəqliyyat vasitələrinin istifadəsinə ciddi məhdudiyyətlər qoyulacaq. Sənaye müəssisələrindən bu müddət ərzində cərimə təhlükəsi ilə atmosferə atılan tullantıları 30-40% azaltmaq tələb olunur.

Bəzi hesablamalara görə, Mexikoda ekoloji problemlər hər il 20 mindən çox insanın həyatına son qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə