Avropa Rusiya yanacağı olmadan qışın daha da sərt olacağını proqnozlaşdırır?
Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva, bu il Rusiyadan müstəqillik əldə etmək istəyənləri sərt qış gözlədiyini, lakinqarşıdan gələn il daha da çətin ola biləcəyini bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
“Bəli, sərt qış gəlir və ola bilsin ki, növbəti qış daha da sərt olsun, lakin Rusiyadan (enerji təchizatından) müstəqillik gələcək. Bu baş verəcək” dedi. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiyaya qarşı real sanksiya müharibəsi elan etdiyini bildirib.
Bununla yanaşı, dövlət başçısı Qərbin öz məqsədlərinə nail ola bilmədiyini qeyd edib.
Maraqlıdır ki, Putin, Rusiyanın 2014-cü ildə Krımla birləşməsindən sonra sanksiyalar altında yaşadığını deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB