Yeni il gecəsi Sankt-Peterburqun mərkəzində qonşu ölkələrdən gələn 2 minə yaxın miqrant saxlanılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
İdarədən miqrantların qabaqlayıcı məqsədlə saxlandığına aydınlıq gətirilib. Audit zamanı “miqrasiya qanunvericiliyinin çoxsaylı pozuntuları aşkar edilib, bununla bağlı inzibati tədbirlər görülüb”.
Qeyd olunur ki, qonşu dövlətlərin vətəndaşlarının saxlanması Sankt-Peterburq sakinlərinin və qonaqlarının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş qabaqlayıcı tədbirlər kompleksi çərçivəsində həyata keçirilib.
Bundan əvvəl şimal paytaxtında atəşfəşanlıq nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilirdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB