Dekabrın 30-da Aleksandr Lukaşenko Belarus parlamentinin fəaliyyəti ilə bağlı yeni qanunlar (məhz qanunlar-A.B.) imzalayıb. Dəyişikliklər, xüsusən, səlahiyyətlərinin icrasını dayandırmış Belarus Prezidentinin onun razılığı ilə ömürlük Respublika Şurasının (Senatın) üzvü olmasını nəzərdə tutur. SİA bu barədə rus saytlarına istinad edir.
Məhz Respublika Şurası sədrinin funksiyaları sırasına dövlət başçısı vəzifəsinin yenidən boş qalması halında prezidentin səlahiyyətlərinin həyata keçirilməsi əlavə olaraq daxil edilir.
Vladimir Putin 2020-ci ildə özü üçün oxşar qanun imzalayıb: bu, Rusiyanın eks-prezidentinə ömürlük senator olmaq hüququ verir. Qanun həm prezidentin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar səlahiyyətlərinin başa çatması, həm də siyasətçinin istefa verməsi hallarına şamil edilir.
Qeyd edək ki, Lukaşenko 29 ilə yaxındır ki, Belarusda hakimiyyətdədir. 1994-cü ildə Belarusda prezidentlik qurulduqdan sonra korrupsiyaya qarşı mübarizə komissiyasının o zamankı rəhbəri Lukaşenko həmin ilin iyulunda keçirilən ümumxalq seçkilərinin nəticələrinə görə respublika tarixində ilk prezident oldu.
O vaxtdan bəri ölkə konstitusiyası bir neçə dəfə dəyişdirilərək Lukaşenkonun hakimiyyətdə qalmasına şərait yaradılıb. ATƏT və Aİ ölkələri son bir neçə seçkini legitim kimi tanımayıb. 2020-ci ilin yayında siyasətçi əvvəllər dəfələrlə “hakimiyyəti mavi barmaqlarla saxlamayacağına” söz verməsinə baxmayaraq, altıncı dəfə prezident seçkilərinə gedib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB