“Türkiyənin gündəlik neft hasilatı hədəfinə yaxınlaşdıq”

“Türkiyənin gündəlik neft hasilatı hədəfinə yaxınlaşdıq”
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez ölkənin gündəlik 100 min barel neft hasilatı hədəfinin yaxınlaşdığını bildirib.

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Gündəlik artan neft hasilatını və Türkiyə Neft Şirkətinin (TPAO) fəaliyyətini dəyərləndirən nazir TPAO-nun “Twitter” hesabında yazıb: “Gündəlik 100 min barrel yerli neft hasilatı hədəfinə addım-addım yaxınlaşdıq.

Türkiyənin ən çox hasilat verən neft yatağı hazırda Şırnakdadır. “Şehit Esma Çevik-7” quyusundan 1613 barel əlavə hasilatla ümumi gündəlik 7714 barel hasilat əldə edilib. İlin son günündə 66.639 barel gündəli hasilatla son 30 ilin ən yüksək hasilat rəqəminə çatdıq.”

Bütün xəbərlər Facebook səhifəmizdə