“Uklodka başa” xəbərdarlıq

Cənubi Koreya Kim Çen Inı rejimin sonu ilə hədələyib

Pxenyanın dünyaya “xox” gəlib, nüvə silahından istifadə etməsi KXDR-də siyasi hakimiyyətin dağılmasına səbəb ola bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Koreya Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Twitter-də yazıb.

Qeyd olunur ki, Cənubi Koreyanın hərbi doktrinasına “üç ox” anlayışı daxildir. Bunlara düşmənin raket obyektlərinə qabaqlayıcı zərbə endirməyə hazır olmaq, rəqibin rəhbərliyini məhv etmək üçün əməliyyatların aparılması imkanları və raket əleyhinə müdafiə sistemi daxildir.

Departament Şimali Koreyadan gələn nüvə raket təhlükəsinə cavab verə bilmək üçün “üç ox” sistemini genişləndirəcəkləri, onu əhəmiyyətli dərəcədə gücləndirəcəkləri barədə xəbərdarlıq edib.

“Şimali nüvə silahından istifadə etmək cəhdi Kim Çen In rejiminin sona çatmasına gətirib çıxaracaq”

Müdafiə Nazirliyi “uklodka başa” xəbərdarlıq edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə