Yanğın 3 nəfərin həyatına son qoyub

Yanğın 3 nəfərin həyatına son qoyub

Rusiyanın Xabarovsk diyarının Fedorovka kəndində ötən gecə 3 nəfərin həyatına son qoyan yanğın baş verib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İstintaq Komitəsinin Xabarovsk diyarı və Yəhudi Muxtar Vilayəti üzrə İstintaq Komitəsinin rayonlararası istintaq idarəsinin məlumatında deyilir.

Müstəntiqlərin müəyyən etdiyi kimi, yanğın üç nəfərin olduğu taxta evdə baş verib. Verilən məlumata görə, evdə yaşayan və spirtli içki qəbul edən qadın və kişi, eləcə də onların qonağı yanğın zamanı ölüb.

Hazırda hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. Yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə