Bosforda gəmilərin hərəkəti dayandırıldı

Bosforda gəmilərin hərəkəti dayandırıldı

Bu gündən Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti informasiya yayıb.

Məlumata görə, güclü duman səbəbindən Bosfor boğazı hər iki tərəfə keçid üçün bağlanıb:

"Bildiririk ki, hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə