Terror aktı nəticəsində 3 polis əməkdaşı həlak olub - MİSİRDƏ

Terror aktı nəticəsində 3 polis əməkdaşı həlak olub - MİSİRDƏ

Yeni il ərəfəsində Misirin İsmailiyə vilayətinin Süveyş kanalı şəhərində bir qrup terrorçu polis məntəqəsinə silahlı hücum edib. SİA “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, terror aktı nəticəsində 3-ü polis olmaqla 4 nəfər həlak olub, 12 mülki şəxs yaralanıb. Misirin təhlükəsizlik qüvvələri terrorçulardan birini zərərsizləşdirib.

Rəsmi qurumlar terror aktı ilə bağlı məlumat yaymasalar da, mətbuat orqanları terror aktına görə məsuliyyəti İŞİD-in yerli təşkilatının öz üzərinə götürdüyünü yazıblar.

Misirdə indiyədək yalnız Sinay yarımadasında terror aktları törədilirdi. Bu, ötən ilin ortalarına qədər ölkədə mövcud olan fövqəladə vəziyyət rejimi ilə əlaqədar idi. Hazırda bu rejimin ləğv edilməsindən istifadə edən İŞİD və digər terror təşkilatlarının Misirin digər bölgələrində də fəallaşdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə