“Hər bir gəncin uğuru “Türkiyə əsri” üçün bir məşəldir”

“Hər bir gəncin uğuru “Türkiyə əsri” üçün bir məşəldir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan işləmək, çalışmaq, istehsal etmək, arzularının ardınca getmək, vətənə, millətə xidmət etmək istəyən gənclər üçün dövlətin imkanlarını səfərbər etdiklərini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İstanbulda “İlahiyyatın ulduzları” mükafat mərasimində çıxış edən R.T.Ərdoğan deyib: “Hər bir gəncin uğurunu “Türkiyə əsri”ni qurmaq üçün yolları işıqlandıran bir məşəl kimi görürük. Bu anlayışla gənclərə dəyər qatan və töhfə verən hər cür layihəyə dəstək verməyi özümüzə borc bilirik.

Türkiyənin ən böyük insan sərmayəsi gənc nəsillərdir.

Vətənə, millətə, ümmətə xeyirli şəxsiyyətlər yetişdirməyə çalışan hər kəs, hər qurum, hər könüllü təşkilat bizim üçün çox önəmlidir.

Gənclərimizə üfüq və dünyagörüşü bəxş edən əsərləri qorumaq bizim əsas borcumuzdur.

Ümid edirəm ki, indiyə qədər etdiyimiz kimi bundan sonra da sizinlə birlikdə ölkəmizin bütün gənclərinin yanında olacağıq.

Son 20 ildə həyata keçirdiyimiz demokratik inkişaf islahatları ilə Türkiyədə böyük bir nailiyyət qazanmışıq.

İşləmək, istehsala yönəlmək, özünü inkişaf etdirmək, arzularının ardınca getmək, vətənə, millətə xidmət etmək istəyən gənclər üçün dövlətin bütün imkanları səfərbərdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə