Avropa İttifaqının hər 6 aydan bir dəyişən dövri sədrliyinə 2023-cü il yanvarın 1-dən etibarən İsveç keçir.
İsveç Aİ Şurasına sədrliyi Çexiyadan təhvil alacaq.
2023-cü il iyulun 1-dək sədrlik edəcək İsveç bu dövrdə prioritet mövzuları müəyyən edib. İsveç təhlükəsizlik baxımından İsveç fevralın 24-dən Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya hərbi və iqtisadi dəstəyin davam etdirilməsinə üstünlük verəcək;
Balkanlarda və Şərqi Aralıq dənizində sabitlik və təhlükəsizliyin Aİ-nin strateji maraqlarına uyğun olduğunu bildirir;
Türkiyə ilə əməkdaşlığın və qarşılıqlı faydalı əlaqələrin Aİ-nin strateji maraqları üçün vacib olduğunu düşünür;
Amerika Birləşmiş Ştatları (ABŞ) ilə transatlantik əlaqələri güclü saxlamağın tərəfdarıdır. Bununla belə, ABŞ-ın iqtisadi qərarları Avropa ölkələrinə mənfi təsir göstərərsə, öz iqtisadi siyasətini istiqamətləndirməyə çalışacaq;
Qısa müddətdə enerji qiymətlərini azaltmağı, ətraf mühit və enerji transformasiyası kontekstində uzunmüddətli perspektivdə enerji bazarında islahatlar aparmağı hədəfləyir.
İsveç hökuməti 6 aylıq Aİ sədrliyi dövründə fundamental hüquqlara və qanunun aliliyinə üstünlük verməyə davam edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB