İranda havanın çirklənməsi səbəbindən bəzi əyalətlərdə məktəblərin bağlandığı, dərslərin onlayn keçiriləcəyi bildirilib.
İranın Tehran, Elborz, Qəzvin və Çaharmahal-Bəxtiyari əyalətlərində havanın yüksək səviyyədə çirklənməsi ilə əlaqədar 30 dekabrdan məktəblərdə üzbəüz təhsilin dayandırıldığı açıqlanıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Havanın Çirklənməsi ilə bağlı Fövqəladə Hallar Qrupu paytaxt Tehranda toplantı keçirib. İclasdan sonra havanın çirklənməsinə görə Tehran əyalətinin Perdis, Dəmavənd və Firuzkoh istisna olmaqla, bütün şəhərlərində uşaq bağçası, ibtidai, orta və lisey səviyyələrində məktəblərin fəaliyyəti dayandırılıb və təhsilin onlayn aparılmasına qərar verilib.
Açıqlamada o da bildirilib ki, buraxılış sinif şagirdlərinin imtahanları proqrama uyğun keçiriləcək və sözügedən hər hansı dəyişiklik yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB