"Ukrayna Ordusu Donbasda tədricən irəliləyir" - Ukrayna Prezidenti

"Ukrayna Ordusu Donbasda tədricən irəliləyir" - Ukrayna Prezidenti

Ukrayna Ordusu Donbasda tədricən irəliləyir. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı bildirib.

O, hərbçilərlə növbəti iclasın keçirildiyini bildirib. Zelenski Donetsk və Luqanskın bəzi bölgələrində şiddətli döyüşlərin getdiyini vurğulayıb.

"Ümumiyyətlə, cəbhənin elə sektorları var ki, biz orada tədricən irəliləyirik”, - Zelenski qeyd edib.

O, bunu təmin edən ukraynalı hərbçilərə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə