Boliviyada avtobusun aşması nəticəsində azı 11 nəfər həlak olub

Boliviyada avtobusun aşması nəticəsində azı 11 nəfər həlak olub

Boliviyada sərnişin avtobusunun aşması nəticəsində azı 11 nəfər həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Deber” qəzeti məlumat yayıb.

Bildirilir ki, Santa Kruz de la Sierra şəhərindən Saypin şəhərinə gedən avtobus yoldan çıxaraq aşıb. Hadisənin səbəbləri hələlik məlum deyil.

İyirmi səkkiz sərnişinə tibbi yardım göstərilib, onlardan 13-ü xəstəxanalara yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə