Amerikaya məxsus “Northrop Grumman RQ-4B Global Hawk” Qara dənizdə, Sevastopol yaxınlığında dövr edir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, pilotsuz təyyarə Kiprdən havaya qalxıb, Yunanıstan və Bolqarıstan ərazisindən keçib.
Qeyds edək ki, dekabrın 12-də Qara dənizdə Amerikanın strateji kəşfiyyatçı PUA-sı aşkar edilib. FORTE10 çağırış işarəsi olan RQ-4B Global Hawk NATO-nun İtaliyanın Siciliya adasındakı Siqonella hərbi-hava bazasından havaya qalxıb və Moskva vaxtı ilə saat 11:00 radələrində Krım sahilləri yaxınlığında dövrə vurmağa başlayıb.
Verilən məlumatlara görə, kəşfiyyatçı PUA yarımadadan düz bir xəttlə təxminən 100 kilometr məsafədə sabitlənib.
Qeyd edək ki, bu görüntülər Ukrayna Silahlı Qüvvələrinin Krıma hücumları ərəfəsində dəfələrlə qeydə alınıb.
Ruslar etiraf edir: fevralın 24-də Ukraynada hərbi əməliyyatlar başlayandan sonra NATO belə təyyarə və pilotsuz uçuş aparatlarının uçuşu tez-tez baş verməkdədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB