69 yaşlı təqaüdçü Rusiya ordusunu gözdən salmaqda ittiham olunur

69 yaşlı təqaüdçü Rusiya ordusunu gözdən salmaqda ittiham olunur

Vallah, aləmdilər ey…

Bu arada 69 yaşlı təqaüdçü Olqa Slegina Rusiya ordusunu gözdən salmaqda günahlandırılıb. Belə ki, onun barəsində protokol tərtib edilib. İstintaqın məlumatına görə, sanatoriyada istirahət edən 69 yaşlı təqaüdçü Slegina ruslar əleyhinə böhtan xarakterli ifadələr işlədib.

Ay səni qarı, sənə lazım idi ki, ukraynalıların öz torpaqlarını müdafiə etdiyini bildirəsən. Hələ yaşının bu vaxtında Ukrayna prezidenti Vladimir Zelenskini ağıllı və yaraşıqlı adam da adlandırmısan. Utanmamağın bir yana, blmirsən ki, buna görə,..

Odey, rus saytları da... söz qaçırıblar ki, Rusiya danosbazlarla doludur. Budur, oturduğun hansısa kafedə nə danışmısansa, iki ofisiant və istirahət edənlərdən biri Federal Penitensiar Xidmətin əməkdaşı səndən donos yazıblar.

...Beləliklə, bir neçə gün sonra polis əməkdaşları Sleginanın evinə gələrək onu şöbəyə aparıblar. Orada onu dindirilib və inzibati həbslə hədələyərək smartfonun içindəkiləri göstərməyi tələb ediblər. Sənə lazm idi?

Beləliklə, onun sözlərinə görə, təqaüdçüyə hesabat şifahi şəkildə səsləndirilib, çünki görmə qabiliyyəti zəif olduğundan onu oxuya bilmirmiş .

Maraqlıdır ki, protokolda ona demədiyi sözlərə görə ittiham verilib. Xüsusilə, təqaüdçü iddialara görə “Zelenski tezliklə Rusiyanı ələ keçirəcək və hamı özünü pis hiss edəcək”.

Sleqinanın sözlərinə görə, dekabrın 30-da hüquq-mühafizə orqanlarının əməkdaşları onu məhkəməyə aparmaq üçün onun evinə gəliblər, lakin təzyiqlərin artması və səhhətinin pis olması səbəbindən o, məhkəmə iclasında iştirak edə bilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə