Efiopiya ordusu Tiqrayın paytaxtına daxil olub

Efiopiya ordusu Tiqrayın paytaxtına daxil olub

Efiopiyada hökumət qüvvələri üsyançılarla döyüşlər bitdiyi üçün son iki ildə ilk dəfə Tiqrayın paytaxtı Mekeleyə daxil olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Efiopiya hökumətindən verilən yazılı açıqlamada deyilir: "Efiopiya Federal Polisi federal mülkiyyəti qorumaq üçün konstitusiya mandatına uyğun olaraq Mekeleyə daxil oldu''.
Milli ordu ilə Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) arasında on minlərlə insanın ölümünə səbəb olan vətəndaş müharibəsi təxminən iki ildən sonra keçən ay imzalanan sülh sazişi ilə başa çatıb.
Telefon, internet və bankçılıq kimi xidmətlərin bərpa olunduğu bölgədə həyat normal axarına düşüb.
Əddis-Əbəbə hökuməti və yerli Tiqray hökuməti sülh sazişinə sadiq qalacaqları mesajını təkrarladılar.
2020-ci ilin noyabrında Efiopiyada ordu ilə TPLF arasında başlayan qarşıdurmalar on minlərlə insanın ölümünə və yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə