Rusların Baxmut yaxınlığında böyük itki verdiyi deyilir?

Rusların Baxmut yaxınlığında böyük itki verdiyi deyilir?

Bu arada Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı, Donetsk vilayətindəki Baxmut şəhərinin ukraynalıların mübarizəsi və sarsılmazlığı ilə yanaşı, düşmənin məğlubiyyətinin simvolu olduğunu bildirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, o, “Espresso” telekanalının efirində düşmənin bu istiqamətdə hansı itkilər verdiyini danışıb.

Onun dediyinə görə, Baxmut yaxınlığında şiddətli döyüşlər davam edir. “Bu gün ərzində Baxmut cəbhəsində 249 hücum, 32 toqquşma olub. Düşmən tərəfdən 131 nəfər ölüb, 150-dən çox insan isə yaralanıb. Düşmən sursatla birlikdə iki qatar itirib”.

Çerevatı, Baxmutun düşmənin təcavüzkar hərəkətlərinin baş verdiyi ən qaynar nöqtələrdən biri olduğunu deyib.

Onun dediyinə görə, işğalçılar hətta ölümə getmək istəməyən məhbuslar arasında da əlavə qüvvələr cəlb edə bilmirlər.

“Ağır itkilərin dinamikası düşməni öz qüvvələrini daim yeniləməyə vadar edir. “Vaqner” PMC-ləri şəxsi heyətini məhbuslarla artırır, lakin onların bu istiqamətdə artıq problemləri var. Belə ki, Rusiya həbsxanasından bunun birtərəfli bilet olduğu xəbəri gəlib”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə