2024-cü ildə Rusiyada prezident seçkiləri təyin edilib

2024-cü ildə Rusiyada prezident seçkiləri təyin edilib

2024-cü ildə Rusiya Federasiyasının Prezidenti seçkiləri təyin edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə dekabrın 30-da Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.

Seçki proseslərinin başlanmasına gəlincə Kreml sözçüsü onların bu və ya digər şəkildə gedəcəklərini qeyd edib.

Eyni zamanda, Peskov, dövlət başçısı üçün seçki ili olub-olmamasının heç vaxt vacib olmadığını vurğulayıb. Onun fikrincə, əsas odur ki, həmişə əsaslı iş və aşkar nəticələr olub. Peskova görə, bu, ölkə tarixində taleyüklü məqama gəldikdə daha vacibdir.

Xatırladaq ki, bundan əvvəl Dmitri Peskov Vladimir Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı hələ qərar vermədiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə