Avropada qaz qiymətləri aşağı düşüb

Avropada qaz qiymətləri aşağı düşüb

Avropadakı TTF mərkəzində qazın yanvar fyuçerslərinin qiyməti təxminən 12 faiz azalaraq min kubmetr üçün 850 dollardan aşağı düşüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ICE birjasının məlumatları sübut edir.

Ticarət günü qazın qiyməti min kubmetr üçün 839 dollara düşüb ki, bu da fevralın 21-dən bəri ən aşağı səviyyədir.

Amma verilən son məlumatlara görə, hazırda qiymətlər min kubmetr üçün 855 dollara qalxıb. Bundan əvvəl Avropada qazın qiyməti dekabrın 27-dən bəri 850 dollardan aşağı düşmüşdü.

Ehtimal olunur ki, bu ölkələrdə havaların anomal isti keçməsi fonunda baş verir

Yəni Avropa İttifaqında yanacağın ucuzlaşması da məhz bununla əlaqələndirilir.

Qeyd edək ki, Almaniyada 2023-cü ilin əvvəlində təxminən 15 dərəcə isti olacağı vəd edilir.

Onu da qeyd edək ki, yanvarın sonuna kimi Avropada belə hava davam edərsə, o zaman dövlətlərin enerji böhranını kəskinləşdirməkdən yayına biləcəkləri istisna edilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə