Çində hər gün təxminən 9,000 insanın koronavirus infeksiyasından ölmə ehtimalı var.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” Britaniyanın “Airfinity” analitik şirkətinə istinadən məlumat yayıb.
Beləliklə, agentlik, dekabrın 1-dən bəri ölənlərin ümumi sayının 100,000-ə çatdığını və ümumilikdə 18,6 milyon insanın yoluxduğunu təxmin edir.
Agentlik, Çin rəsmilərinin gündə cəmi bir neçə min insanın yoluxma hadisəsi barədə məlumat verdiyini bildirir. Belə ki, onların dediyinə görə, dekabrın 7-dən rəsmi olaraq ölkədə koronavirus infeksiyasından yalnız 10 ölüm hadisəsi qeydə alınıb.
Maraqlıdır ki, Britaniyanın “Airfinity” analitik şirkəti bunu təkzib edir. Belə ki, şirkət yanvarın 23-dən bəri gün ərzində ölənlərin sayının təxminən 25,000-ə çatacağını, dekabr ayından etibarən onların ümumi sayının 584,000-ə çatdığını bildirir.
Qeyd edək ki, şirkətin bəyanatından sonra ABŞ COVID-19-un hər hansı yeni variantını izləmək üçün beynəlxalq reyslərin təyyarələrindən götürülmüş çirkab sularından nümunə götürməyi düşündüyü məlum olub. Bundan əvvəl ABŞ və bir sıra digər ölkələr də Çindən gələn səyahətçilərin COVID-19 üçün məcburi mənfi testlər tələb edəcəyini bildiriblər.
Xatırladaq ki, Çində koronavirusa yoluxma hallarının kəskin artması dekabrın əvvəlində, ölkənin karantin tədbirlərini yumşaltmaq qərarına gəlməsindən qısa müddət sonra başlayıb.
Bundan əvvəl Çin hakimiyyətinin COVID-19 üçün qəbul etdiyi “sıfır dözümlülük” siyasətinə qarşı, bütün şəhərlər miqyasında sərt kilidləmələr və əhalinin universal sınaqdan keçirilməsinə qarşı geniş ictimai etirazlar baş vermişdi.
Məhz etirazlar nəticəsində hökumət epidemioloji tədbirlərin zəiflədilməsinə icazə verdi. Amma göründüyü kimi, tədbirlər yumşaldılan kimi ölkədə COVID-19-a yoluxanların sayı kəskin artıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB