Çin prezidenti Si Cinpin, Pekinin “çətin beynəlxalq vəziyyət şəraitində” Rusiya ilə strateji əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Si bunu Rusiya prezidenti Vladimir Putinlə videokonfrans zamanı deyib.
Çin prezidenti vurğulayıb ki, Çin iki ölkənin xalqlarının mənafeyi və dünyada sabitlik naminə Rusiyanın qlobal tərəfdaşı olmağa hazırdır. Çin liderinin sözlərinə görə, Çin və Rusiya da bir-birinə inkişaf imkanları yaratmağa hazırdırlar.
Qeyd edək ki, Si ilə danışıqlar zamanı Putin, Rusiya və Çin arasındakı tərəfdaşlığın dünyada ədalətli nizamın bərqərar olmasına kömək etdiyini bildirib. İki ölkə arasındakı münasibətləri tarixin ən yaxşısı adlandıran Rusiya lideri, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi rekord həddə çatdığını da bildirib.
Putin, Pekinlə Moskvanın silahlı qüvvələri arasında əməkdaşlığın gücləndiriləcəyini də gizlətməyib.
Yeri gəlmişkən Çin liderinin 2023-cü ilin yazında Moskvaya səfəri planlaşdırılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB