Rusiyanın ən zəngin iş adamları 93 milyard dollardan çox itiriblər
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ən varlı ruslar 93 milyard dollardan çox pul itiriblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin hesablamalarına görə, elə də - müharibənin başladığı gün ən varlı ruslar 46,6 milyard dollar itiriblər. Qərbin sanksiyalarının tətbiqindən sonrakı aylarda isə onlar daha 47 milyard dollar itiriblər.
Beləliklə, noyabrın əvvəlində ən varlı rusların itkisi 83 milyard dollar təşkil edib. Bu məlumatlar 25 rusiyalının daxil olduğu planetin ən zəngin 500 adamının aktivlərinin dəyərinə dair “Bloomberg Billionaires Index” reytinqində qeyd edilib. Qeyd edək ki, ən böyük itki NOVATEK-in ortaq sahibləri olan iş adamı Gennadi Timçenko və prezident Putinə yaxın olan Leonid Mixelsona dəyib. Belə ki, onların hər biri 8 milyard dollardan çox vəsait itiriblər.
Faiz ifadəsində itkilərə görə lider “Renova” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Viktor Vekselberq olub. Qeyd edək ki, onun sərvəti 60 faizdən çox azalıb və hazırda 11,2 milyard dollar təşkil edir.
İlin əvvəlindən bəri Roman Abramoviç də sərvətinin demək olar ki, yarısını itirib. Belə ki, onun sərvəti 18 milyarddan 9,7 milyard dollara qədər azalıb.
Yeri gəlmişkən vəsait itkiləri ukraynalı iş adamlarından da yan keçməyib. Məsələn, Ukraynanın ən zəngin iş adamlarının ümumi sərvəti fevral ayından bu yana 20 milyard dollardan çox azalaraq 40 milyard dollardan 22,5 milyard dollara düşüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB