İtaliyanın baş naziri Corcia Meloni Ukraynanın paytaxtı Kiyevə səfər edəcəyini bildirib.
İtaliyanın ANSA xəbər agentliyinin yaydığı məlumata görə, sentyabrın 25-də keçirilən parlament seçkilərindən sonra vəzifəsinin icrasına başlayan baş nazir Corcia Meloni mətbuat konfransı təşkil edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Corcia Meloni fevralın 24-dən əvvəl Ukraynaya səfər edəcəyini bəyan edib.
Ukrayna prezidenti Volodimir Zelenski ilə apardığı telefon danışığına toxunan Meloni Kiyevə səfər edəcəyini Volodimir Zelenskiyə də dediyini bildirib.
Meloni görüş zamanı İtaliyanın sülh prosesinin təminatçısı olmağa hazır olduğunu və buna görə də fevralın 24-dən əvvəl Kiyevə səfər etmək niyyətində olduğunu qeyd edib.
Meloni vurğulayıb ki, sülh üçün konkret addımlar atmaq lazımdır.
Zelenskinin də sülh üçün təşəbbüslər irəli sürmək istədiyinə işarə edən Meloni deyib:"Sülhü təmin etmək üçün edilə biləcək hər şey edilməlidir, heç kim müharibəni sevmir və biz bu mövzuda həmfikirik''.
Meloni qeyd edib ki, sülh istəyərkən Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB