Mövlud Çavuşoğlu fransalı hәmkarı ilә görüşüb

Mövlud Çavuşoğlu fransalı hәmkarı ilә görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Fransanın Avropa məsələləri və xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.

SİA xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər söhbət zamanı dekabrın 23-də bir Fransa vətəndaşının Parisdə törətdiyi hücumdan sonra baş verən şiddət olaylarını müzakirə ediblər.

Fransanın bu hadisə ilə terror təşkilatlarının əsl üzünü gördüyünü vurğulayan Çavuşoğlu hücumu bəhanə edərək PKK/PYD/YPG dairələrinin Türkiyəyə qarşı başlatdığı qaralama kampaniyası və fransız siyasətçilərin quldurbaşının şəkilləri ilə terror təşkilatına məxsus bəzlər qarşısında görüntülənməsinin qəbuledilməz olduğunu bildirib. Mövlud Çavuşoğlu qaralama kampaniyalarına icazə verilməməsinin vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə