Yerə 2022-ci ilin sonuncu asteroidi yaxınlaşacaq

Yerə 2022-ci ilin sonuncu asteroidi yaxınlaşacaq

Dekabrın 30-da Yerə 2022-ci ilin sonuncu asteroidi yaxınlaşacaq. Bu barədə SİA NASA-nın Reaktiv Sürət Laboratoriyasına istinadla xəbər verir.

Alimlərin fikrincə, bu asteroidin diametri 16 metrdir, yəni astrofiziklər onu kiçik evlə müqayisə edirlər.

"2022 YG5 adlı bu kosmik qaya Yerdən 3 milyon kilometrdən çox məsafədə uçacaq, ona görə də planetimiz üçün heç bir təhlükə yaratmayacaq", - NASA qeyd edir.

Bundan əlavə, elm adamları 2023-cü ilin əvvəlində, yəni yanvarın ilk günlərində Yerə eyni anda dörd asteroidin yaxınlaşacağını bildiriblər:

Yanvarın 1-də diametri 22 metr olan 2022 YR1 asteroidi Yerin yanından uçacaq, planetə 6,2 milyon kilometr məsafədə yaxınlaşacaq;

Yanvarın 2-də eyni anda üç asteroidə yaxınlaşacağı gözlənilir: onlardan birinin diametri 23 metrdir, hər ikisi planetdən müvafiq olaraq 3,7 və 4,2 milyon kilometr məsafədən keçəcək; üçüncünün diametri 13 metr olaraq qiymətləndirilir, o, Yerdən 2,9 milyon kilometr məsafədə uçacaq.

Müqayisə üçün NASA xatırladır ki, Yerlə Ay arasındakı orta məsafə təxminən 239.000 mil (385.000 kilometr) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə