Türkiyə Əfqanıstana humanitar yardım göndərib

Türkiyə Əfqanıstana humanitar yardım göndərib

Türkiyədən Əfqanıstana davam edən humanitar kömək çərçivəsində daha bir yardım qatarı Ankaradan yola düşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Yaxşılıq qatarı”nda (İyilik treni) 503 ton humanitar yardım göndərilib.

Yola salınan yardım sayca yeddinci qatardır. Bundan əvvəlki “Yaxşılıq qatarı” Əfqanıstana avqust ayında gedib. Dövlətin dəstəyi ilə təşkil olunan humanitar yardımın toplanmasında ölkə ictimaiyyətinin bütün təbəqələri, o cümlədən QHT-lər fəal iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə