Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov, heç vaxt Rusiyada prezidentliyə namizədliyini irəli sürməyəcəyini deyib və onun buna hüququ olduğunu da diqqətdən yayındırmayıb.
SİA bu barədə rus saytlarına istinad edir.
Deməli, Ramzanın dediyinə görə, guya başqaları bəlkə də bacarar, amma o bir çeçen kimi,bunu bacarmır. Niyə? Çünki bu gün Rusiyanın müdrik, uzaqgörən, güclü, istedadlı, namuslu, ləyaqətli bir rəhbəri var. Ondan sonra, (...qeyd edim ki, Ramzan burada Vladimir Vladimiroviçə hörmət əlaməti olaraq, onun adını çəkmir-A.B.) bu ölkəyə başçılıq etmək, onu idarə etmək demək olar ki, mümkün deyil.
Bundan əlavə, Kadırov Rusiya prezidenti Vladimir Putinə “uzun illər” hakimiyyətə qalmağı arzulayıb.
“Biz prezidentimizin dövlətimizi hələ də idarə etməsi üçün Uca Tanrıdan ona uzun ömür verməsini və ona sadiq köməkçilər kimi yardım edəcəyik və onun piyadaları olmağa çalışacağıq”.
...Nə gözəl, amma yaxşı ki, Ramzan burada piyada sözü ilə bağlı xırdaçılıq edib, elə də dərinə getmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB