Bu ilni sentyabrda Ukraynadakı müharibəyə getməkdən imtina edib Qazaxıstana qaçan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin zabiti Mixail Jilin yenidən Rusiyaya ekstradisiya edilib.
İndi, Novosibirsk doğumlu olan zabiti Altay diyarındakı Veseloyarsk keçid məntəqəsinə aparırlar.
SİA bu barədə “Siberia.Realii”yə istinad edir.
Qeyd edək ki, Jilin dekabrın 6-da Rusiya hakimiyyəti onu beynəlxalq axtarışa verdikdən sonra Astanada saxlanılıb. Bir daha xatırladaq ki, rusiyalı zabit sentyabrın sonunda Ukraynaya göndəriləcəyini biləndən sonra qeyri-qanuni olaraq Qazaxıstan sərhəddini keçmişdi.
Onu da qeyd edək ki, Jilin sərhədi keçdikdən bir gün sonra Qazaxıstandan siyasi sığınacaq istəmişdi.
Qanunla bu, onu sərhədi qanunsuz keçmək ittihamlarından təmizləyir. Qazaxıstan qanunvericiliyi də insanların qanunsuz gəldikləri əraziyə qayıtmasını qadağan edir. Lakin dekabrın 2-də məhkəmə Jilinin Rusiyaya ekstradisiya edilməsi barədə qərar çıxarıb. Rusiya hakimiyyəti isə öz növbəsində onu sərhədi qanunsuz keçmə və fərarilik maddəsi ilə beynəlxalq axtarışa verib.
Xatırladaq ki, dediyimiz kimi, Novosibirskdən olan 36 yaşlı Mixail Jilin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sibir Federal Dairəsində Xüsusi Rabitə və İnformasiya Departamentində növbə rəisi işləyib, Vladimir Putinin hökumətin regionlarla əlaqəsinə cavabdeh olub və rəsmi olaraq dövlət orqanlarına çıxışı olub.
Sentyabrda rəhbərliyin onu “LPR” və “DPR” ərazisinə “işgüzar səfərə” göndərməyi planlaşdırdığını öyrənən Jilin sentyabrın 27-də o, Qazaxıstanla dövlət sərhədini buraxılış məntəqəsindən kənarda keçib və sərhədçilər tərəfindən saxlanılıb, lakin tezliklə sərbəst buraxılıb və ev dustaqlığında olub.
Jilin siyasi sığınacaq üçün müraciət etdi, lakin noyabrın sonunda ona rədd cavabı verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB