Rusiyada səfərbərlik məsələsi ölkə prezidenti və səlahiyyətli orqanlar tərəfindən həll edilir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
Çeçenistanın bununla bağlı yaxşı hazırlaşdığını və səfərbərlik tədbirləri üzrə planı artıqlaması ilə yerinə yetirdiyini deyən Ramzan, xüsusi hərbi əməliyyatda elə-belə çeçen cavanlarının olmadığını bildirib.
Çeçenistan rəhbərinin dediyinə görə, Ukraynaya gedənlərin hamısı təlim keçmiş çeçenlərdir. Başqa getmək istəyənlər isə özləri qərar verənlərdir.
Ramzan onu da əlavə edib ki, Rusiyada səfərbərlik davam edərsə, çeçen əhalisi arasında hərbi əməliyyatlarda iştirak etmək istəyənlər sayı hələ ki, guya çoxdur.
“Xalqını, dinini, xüsusən də çeçenləri sevənlər, istər məktəbli, istərsə də tələbə olsun, satanizmə qarşı mübarizəyə hazır olmalıdırlar”, - Kadırov bildirib bunu.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bir çox çətinliklərin yaranmasına baxmayaraq, Rusiyada qismən səfərbərliyi başa çatdırdığını bildirib.
Nazirin sözlərinə görə, səfərbərliklə bağlı problem və məsələlərin əksəriyyəti kifayət qədər tez həll olunub(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB