Kambocada oteldə baş verən yanğında azı 10 nəfər ölüb

Kambocada oteldə baş verən yanğında azı 10 nəfər ölüb

Cənub-Şərqi Asiya ölkəsi Kambocada qumarxana olaraq fəaliyyət göstərən oteldə baş verən yanğında ilkin məlumatlara görə 10 nəfər həyatını itirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, Tailandla sərhəddə yerləşən Banteay Meanchey əyalətinin Poipet şəhərindəki Grand Diamond City otelində yanğın baş verib.
Gecə radələrində başlayan yanğında otel əməkdaşları binada qapalı qalıb, nəticədə azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
Xəsarət alanlar Aranyaprathet şəhərindəki xəstəxanalara aparılıb.
Sərhəd ticarətinin və turizmin intensiv olduğu bölgədə baş verən yanğının səbəbi məlum deyil.
Tayland PBS yayım orqanının məlumatına əsasən, təxminən 400 adamın işlədiyi oteldə 50-yə yaxın Tayland vətəndaşının olduğu təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə